“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları” təsdiq edilib.
1xeber.media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
Qeyd edək ki, qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.















