ABŞ-ın iqlimşünası Kristina Dalın sözlərinə görə, Yellowstone supervulkanının püskürməsi Yer kürəsində orta temperaturun azalmasına səbəb ola bilər.
1xeber.media xəbər verir ki, mütəxəssis belə bir fəlakət zamanı qlobal soyumanın 1,5 dərəcədən çox olmayacağını bildirib.
Dal qeyd edib ki, soyumanın gücü və müddəti püskürmənin miqyasından asılı olacaq. Tarixdə baş vermiş məlum vulkan püskürmələrinin əksəriyyətinin təsirləri isə nisbətən qısamüddətli olub.
İyul ayında Yellowstone kalderasının yaxınlığında ilin əvvəlindən bəri ən güclü olan 3,3 bal gücündə zəlzələ qeydə alınıb. Bundan əvvəl həmin ərazidə daha 11 zəif təkan baş verib.
Mütəxəssislər daha əvvəl Yellowstone supervulkanının püskürməyə əvvəlki ehtimallardan daha yaxın ola biləcəyini qiymətləndiriblər. Dal həmçinin belə bir püskürmənin dünya üzrə məhsul çatışmazlığı və aclığa səbəb ola biləcəyini bildirib.















