Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Murad Mirzəyev İcbari Sığorta Bürosunda (İSB) fəaliyyətə başlayıb.
1xeber.media xəbər verir ki, o, müvafiq əmrlə fəaliyyətini İSB-də Süni intellekt transformasiyası üzrə rəhbər vəzifəsində davam etdirəcək.
Qeyd edək ki, M.Mirzəyev 2022-2026-cı illərdə TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri işləyib. O, bir neçə ay əvvəl TƏBİB-dəki vəzifəsindən azad olunub.iqtisadiyyat.az















