2023-cü il avqustun 26-da Laçında Şəhər Günü böyük coşqu ilə qeyd olundu. Həmin
gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bayram
tədbirində iştirak etməsi xüsusilə əlamətdardır. Bayram tədbirində dövlətimizin başçısı çıxış
edərək “Laçın Şəhəri Günü” münasibətilə xalqımızı, laçınlıları təbrik etdi, eləcə də regiondakı
vəziyyətlə bağlı ciddi mesajlar verdi.
2022-ci il avqustun 26-da şanlı Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi,
Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin müjdəsini bütün xalqımız böyük sevinc, qürur hissi ilə qarşıladı.
Respublikamızın hər bir guşəsində insanlar bu hadisəni bayram əhval-ruhiyyəsi ilə qeyd
etdilər. Bununla da, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin əhalisinin torpaq, yurd həsrətinə
son qoyuldu.
Prezident İlham Əliyevin avqustun 26-da Laçındakı bayram tədbirində çıxışı zamanı
dediyi kimi, “cəmi 8 ay ərzində Laçın şəhərinə əhalinin qayıdışı təmin olundu. Belə ki, 28 May –
Müstəqillik Günündə Laçına ilk köçənlərə evlərin açarları təqdim edildi. Bu ilin sonuna qədər
isə 900 ailə üçün evlər hazır olacaq. Artıq Zabux kəndinə də əhalinin qayıdışına start verilib”.
Ötən müddət ərzində burada çox böyük işlər həyata keçirildi. İndi Laçın böyük bir tikinti
meydançasını xatırladır. Bu gün Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir,
mehmanxana kompleksinin tikintisi gedir. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam
orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun,
“Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik
Su Elektrik stansiyalarının açılışı keçirilib.
Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi,
yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına
qayıdıblar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan
sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə
məskunlaşması üçün bütün şərait yaradılıb.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2023-cü il
31 iyul tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri
üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən avqustun 26-sı da “Laçın Şəhəri
Günü” kimi müəyyən olunub.
2023-cü il aprelin 23-də Laçın rayonuda, Həkəri çayının üzərində Azərbaycanın
suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş
böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu.
Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin
yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin
yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin
çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin
yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin
çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Azərbaycan-Ermənistan sərhədində yaradılmış “Laçın” dövlət sərhədindən buraxılış
məntəqəsi ilə əlaqədar müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş
etdirdilər. Amma onlar unudurlar ki, Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları
çərçivəsində bu addımı atıb. Ona görə də, Prezident İlham Əliyevin dediyi kimi, “heç kim
dövlətimizin iradəsinə təsir edə bilməz, bizi haqq yolumuzdan döndərə bilməz. Bu baxımdan,
əminliklə demək olar ki, bundan sonra da Ermənistanın havadarlarının çirkin kampaniyaları
heç bir nəticə verməyəcək”.
Bəxtiyar Məmiyev,
Sabirabad rayon Bitki mühafizə idarəsinin rəisi

















