1xeber.media xəbər verir ki, ömürlük həbs cəzasına məhkum edilmiş Ratko Mladiç ölümündən bir qədər əvvəl təcili humanitar əsaslarla azadlığa buraxılmayıb.
Onun vəkili Draqan İvetiç bildirib ki, müdafiə tərəfi Mladiçin ömrünün son günlərini Serbiyada, lazımi tibbi yardım və ailəsinin yanında keçirməsi üçün təcili humanitar azadlığa buraxılmasını istəyib.
Vəkilin sözlərinə görə, tibbi ekspertlər Mladiçin humanitar əsaslarla azad edilməsinin məqsədəuyğun olduğu qənaətinə gəlsələr də, Beynəlxalq Cinayət Tribunalı Mexanizmi bu müraciəti təmin etməyib.
Ratko Mladiçin ölüm xəbəri avqustun 27-də yayılıb. O, 2017-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal tərəfindən Bosniyada hərbi cinayətlər və Srebrenitsada soyqırımı da daxil olmaqla bir sıra cinayətlərdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi.
















