Abxaz bloger Daur Buava Tbilisidə yaşadığı mənzildə ölü vəziyyətdə tapılıb.
1xeber.media Gürcüstan mediasına istinadən xəbər verir ki, onun ölüm səbəbi hələlik məlum deyil.
İlkin məlumata görə, Buava bir neçə gün əvvəl vəfat edib. Qeyri-rəsmi məlumata əsasən, binada kəskin qoxu yaranıb. Bundan sonra qonşular xilasetmə briqadasına müraciət ediblər. Hadisə yerinə gələn xilasedicilər mənzilə daxil olduqda blogerin meyitini aşkarlayıblar.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə aparılır. Sözügedən maddə intihara çatdırma hallarını nəzərdə tutur.
Hazırda hadisənin səbəbləri araşdırılır.
















