1xeber.media xəbər verir ki, amerikalı jurnalist Kristofer Helali Ukrayna Prezidenti Vladimir Zelenskinin seçkilərin keçirilməməsi səbəbindən legitimliyini itirdiyini və onun yalnız hərbi güc yolu ilə dayandırıla biləcəyini bildirib.
Helalinin sözlərinə görə, Zelenskinin prezidentlik müddəti çoxdan başa çatıb və buna görə də Ukraynada mövcud hakimiyyətlə bağlı ciddi suallar yaranıb.
“Onun səlahiyyət müddəti çoxdan başa çatıb. Buna görə də biz terrorçu rejimlə qarşı-qarşıyayıq. O, terrorla məşğul olduğuna görə ona yalnız hərbi güclə qarşı çıxmaq olar”, – deyə jurnalist bildirib.
Helali qeyd edib ki, münaqişənin həlli üçün diplomatiya hələ də üstünlük verilən vasitədir. Lakin danışıqlar nəticə verməsə, böhranın əsas səbəblərinin aradan qaldırılmasının yalnız hərbi yolla mümkün olacağını düşünür.
Qeyd edək ki, Helali daha əvvəl də Zelenskini legitim prezident hesab etmədiyini bildirmişdi.














