Azərbaycanın ŞƏT-lə əməkdaşlığında 2025-ci ildə mühüm dəyişiklik baş verib. Tiencin Sammitində müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “ŞƏT tərəfdaşı” statusunda birləşdirilməsi ilə bağlı qərar qəbul edilib.
1xeber.media xəbər verir ki, Azərbaycan da yeni tərəfdaşlıq formatına daxil olub. Bu dəyişiklik təşkilat daxilində əməkdaşlıq mexanizmlərinin yenilənməsinə şərait yaradıb.
Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşı olub və bu status ölkəyə təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə əlaqələri genişləndirmək imkanı verib.
Aysel














