Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə yüksəlməsi ŞƏT çərçivəsində əməkdaşlığın da genişlənməsinə imkan yaradır.
1xeber.media xəbər verir ki, 2024-cü il iyulun 3-də Astanada imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də Çin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının gücləndirilməsi səylərini alqışlayıb.
Çin Azərbaycanın təşkilatda hüquqi statusunun yüksəldilməsini dəstəklədiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin də son illərdə ŞƏT-in müxtəlif yüksək səviyyəli tədbirlərində iştirakı bu istiqamətdə siyasi təmasların intensivləşdiyini göstərir.
Bundan başqa, “Bir kəmər, bir yol” təşəbbüsü, ticarət, investisiya və logistika sahələrində əməkdaşlıq Azərbaycan-Çin əlaqələrinin iqtisadi əsaslarını gücləndirən amillər kimi göstərilir.
Aysel














