Azərbaycanın ŞƏT məkanındakı mövqeyini gücləndirən əsas amillərdən biri Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin sürətlə inkişaf etməsidir. Bu baxımdan 2026-cı ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək ŞƏT Zirvə toplantısı xüsusi əhəmiyyət daşıyır.
1xeber.media xəbər verir ki, Azərbaycan-Qırğızıstan münasibətləri iyulun 31-də imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə yeni mərhələyə yüksəlib. Dövlətlərarası Şuranın fəaliyyəti, yüksək səviyyəli qarşılıqlı səfərlər və humanitar layihələr iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir.
Qırğızıstanın ŞƏT-ə sədrliyi fonunda Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək səviyyəsi ölkəmizin təşkilatla əlaqələri üçün əlavə siyasi və iqtisadi imkanlar yaradır.
Aysel















