Tacikistan Prezidenti Emoməli Rəhmon Qırğızıstana işgüzar səfər edib.
1xeber.media xəbər verir ki, onu Manas Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri Adılbek Kasımalıyev qarşılayıb.
Emoməli Rəhmon Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının son iclasında, "ŞƏT Plus" formatında yüksək səviyyəli görüşdə və VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bişkekə gedib.
Tacikistan Prezidentinə hava limanında keçirilən görüş zamanı Qırğızıstanın milli simvolu və VI Dünya Köçəri Oyunlarının rəsmi simvolu olan qar bəbiri formasında oyuncaq hədiyyə edilib.















