
ŞƏT sammiti çərçivəsində Cənubi Qafqazın gələcəyini dəyişəcək mühüm hadisə – Liderlərin ikitərəfli sülh danışıqları gözlənilir.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammiti çərçivəsində regional sülhün təmin olunması istiqamətində mühüm diplomatik addım atılır.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.
Hər iki lider sammit tədbirlərində iştirak etmək üçün Qırğızıstan paytaxtına gəliblər. İkitərəfli görüşdə Cənubi Qafqazda davamlı sülh prosesi, sərhədlərin delimitasiyası və regional kommunikasiya xətlərinin açılması əsas müzakirə mövzusu olacaq.
Mütəxəssislər qeyd edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tam təmin etmiş qalib dövlət kimi bu platformada iştirakı, sülh müqaviləsinin şərtlərinin Bakının maraqlarına uyğun formalaşdırılması baxımından danışıqların gedişatına birbaşa təsir göstərəcək.















