ABŞ Prezidenti Donald Trampın Rusiyanın G20-də tamhüquqlu iştirakını bərpa etmək qərarı Avropa ölkələrinin narazılığına səbəb olub.
1xeber.media xəbər verir ki, “Politico”nun yazdığına görə, Vaşinqtonun bu qərarı Rusiyanı təcrid etməyə çalışan Avropa müttəfiqləri ilə münasibətlərdə yeni gərginlik yaradıb.
Rusiyanın maliyyə naziri Anton Siluanovun G20 maliyyə nazirlərinin görüşündə iştirakı Avropalı rəsmilərin etirazına səbəb olub. Bu narazılıq iştirakçıların birgə fotosunun hazırlanması zamanı da özünü göstərib.
Bundan əvvəl ABŞ maliyyə naziri Skott Bessent Siluanovla görüşündə Ukraynadakı münaqişə başa çatana qədər Rusiya üçün iqtisadi güzəştlərin və digər məsələlər üzrə razılaşmaların mümkün olmadığını bildirib.
















