İstirahət günlərini planlaşdırmağı sevənlər üçün bu ay bir qədər monoton keçəcək.
1xeber.media xəbər verir ki,cari sentyabr ayında rəsmi təqvimlə heç bir bayram və ya əlavə qeyri-iş günü nəzərdə tutulmayıb.
Beşgünlük iş qrafiki ilə çalışanlar yalnız standart şənbə və bazar günləri istirahət edə biləcəklər. Altıgünlük iş rejimində olanlar üçün isə ay ərzində cəmi 4 bazar günü tam qeyri-iş günü sayılacaq. Qısası, növbəti rəsmi tətil günlərinə qədər tam gücümüzlə işə və dərslərə köklənməliyik.

















