Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Sunrise” hoteli satışa çıxarılıb.
1xeber.media xəbər verir ki,Xitab24.az-ın əldə etdiyi məlumata görə, sözügedən obyekt “Aqrarkredit”in (Bank Olmayan Kredit Təşkilatı) balansındadır.
Nərimanov rayonu, Məmməd Araz küçəsi, 95 ünvanında yerləşən 1078.1 kv.m sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 4.060.000,00 manatdır.
Qeyd edək ki, hotel 4 mərtəbədən, 20 otaqdan ibarətdir.

















