1xeber.media xəbər verir ki, ABŞ sentyabrın 29-dan Kanadadan bir sıra alkoqollu içkilərin idxalını qadağan edəcək.
ABŞ Prezidenti Donald Trampın sentyabrın 8-də imzaladığı qərara əsasən, qadağa Vaşinqtonun Ottavanı ABŞ istehsalı olan alkoqollu məhsullara qarşı ayrı-seçkilikdə ittiham etməsi ilə bağlıdır.
ABŞ administrasiyası bildirir ki, Kanada ABŞ-dan alkoqollu içkilərin alınması, yayılması və pərakəndə satışını məhdudlaşdırır, eyni məhdudiyyətləri digər ölkələrin məhsullarına tətbiq etmir.
Vaşinqton daha əvvəl bu səbəbdən Kanada mallarının bir hissəsinə 50 faizə qədər əlavə rüsum tətbiq etmişdi. Ağ Evə görə, Kanadanın mübahisəli tədbirləri aradan qaldırmaması və ABŞ məhsullarına qarşı yeni məhdudiyyətlər tətbiq etməsi fonunda bəzi alkoqollu məhsullar üçün rüsum əvəzinə birbaşa idxal qadağası qərarı verilib.
Qərar ABŞ-Kanada arasında davam edən ticarət qarşıdurmasını daha da dərinləşdirir. Son addım sentyabrın 29-dan qüvvəyə minəcək.
















