1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna hakimiyyətinin hərəkətlərini görməzlikdən gələn ölkələrin də məsuliyyət daşıdığını bildirib.
Zaxarovanın sözlərinə görə, bəzi dövlətlər Kiyevin törətdiyini iddia etdiyi əməllərə göz yummaqla özlərini də bu prosesə bağlayırlar.
“Bundan artıq yuyunmaq mümkün deyil. Söhbət döyüş əməliyyatlarının aparılmasından və ya humanitar hüquq çərçivəsində hərbi qarşıdurmadan getmir”, - deyə o, TASS-a açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, Rusiya tərəfi baş verənlərlə bağlı xarici dövlətlərə mütəmadi olaraq məlumat çatdırır və Ukrayna tərəfindən həyata keçirildiyini iddia etdiyi hücumlarla bağlı faktları təqdim edir.
Zaxarova vurğulayıb ki, burada söhbət yalnız siyasi dəstəkdən getmir. Onun sözlərinə görə, məsələ terror aktlarında günahkar hesab edilən şəxslərin fəaliyyətinə müəyyən dövlətlərin cəlb olunması ilə də bağlıdır.
Qeyd edək ki, Zaxarova son açıqlamalarında Qərb ölkələrinin Kiyevə dəstəyini dəfələrlə tənqid edib və Ukraynanın Rusiya ərazisinə mümkün hücumları ilə bağlı bəyanatlarını kəskin şəkildə pisləyib.
















