1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Kiyevdə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının saxlandığı anbarın vurulduğunu açıqlayıb.
Məlumata görə, zərbə “Geran-4 Siker” tipli hücum PUA-sı ilə həyata keçirilib. Rusiya tərəfi hədəfin məhv edildiyini bildirib.
“Geran-4 Siker”in Kiyev və Kiyev vilayətində hərbi-logistika obyektlərinə qarşı istifadə edilməsi barədə son günlər Rusiya mənbələrində bir sıra məlumatlar yayılıb.
Hadisə ilə bağlı Ukrayna tərəfinin rəsmi açıqlaması barədə məlumat verilməyib.
















