1xeber.media xəbər verir ki, sentyabrın 11-nə keçən gecə Rusiyanın Rostov vilayətinə kütləvi hava hücumu zamanı 90-dan çox pilotsuz uçuş aparatı (PUA) və raketin məhv edildiyi açıqlanıb.
Bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.
Onun sözlərinə görə, hava hücumu Taqanroq və Novoşaxtinsk şəhərləri, eləcə də vilayətin 10 rayonunda dəf edilib.
Qubernatorun açıqlamasında bildirilir ki, hava hədəfləri Kamensk, Tarasovsk, Millerovsk, Volqodonsk, Çertkovsk, Bokovsk, Azov, Aksay, Şoloxov və Kaşar rayonlarında vurulub.
Slyusar hücum nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı əlavə məlumat verməyib.
















