Konqonun Bukavu şəhərində yerləşən iki məktəbdə güclü yanğın baş verib.
1xeber.media xəbər verir ki, hadisə nəticəsində azı 21 şagird həlak olub, çoxlu sayda insan ağır yaralanıb.
Ölkənin Təhsil Nazirliyindən bildirilib ki, “Furaah” və “Ujamaa” məktəblərində qeydə alınan faciədə həlak olanların 15-i alovdan qaçarkən yaranan basırıq nəticəsində dünyasını dəyişib. Yaralananların bir hissəsinin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik tələfat sayının artacağını istisna etmir.
Yanğının başvermə səbəbləri araşdırılır.























