1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Litvada nüvə silahlarının yerləşdirilməsinin Rusiyanın hərbi planlarına təsir göstərəcəyini bildirib.
Peskovun sözlərinə görə, Litva ərazisində nüvə silahlarının yerləşdirilməsi halında həmin silahlar Rusiyaya qarşı yönəldiləcək və Moskva buna uyğun cavab tədbirləri görəcək.
“Əgər ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, deməli, o, kiməsə qarşı yönəlib. Qərbə qarşı yönəlməyəcək, şərqə, yəni bizə qarşı yönələcək”, – deyə Kremlin nümayəndəsi bildirib.
Peskov vurğulayıb ki, Litvada Rusiyaya qarşı yönəldilə biləcək belə silahların ortaya çıxması Moskvanın hərbi planlaşdırmasında cavab tədbirlərinin nəzərdən keçirilməsinə səbəb olacaq.
















