Azərbaycan Prezidenti İlham Əliyev zəfərlə başa çatan Vətən müharibəsindən sonra dövlətin qarşısında duran ən prioritet vəzifələrdən biri olan "Böyük Qayıdış" Proqramının gedişatına dair mühüm açıqlamalar verib.
1xeber.media xəbər verir ki,Dövlət başçısı məmnunluqla qeyd edib ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışını nəzərdə tutan genişmiqyaslı proqram ardıcıl, planlı və uğurlu şəkildə həyata keçirilməkdədir.
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə icra olunan işlərin miqyasına toxunaraq bildirib ki, qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda tamamilə yeni, müasir şəhərsalma standartlarına uyğun yaşayış məntəqələri, "ağıllı kənd" və şəhərlər salınıb. Bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsi məqsədilə yollar, kommunikasiya xətləri, məktəblər, xəstəxanalar və digər zəruri sosial-iqtisadi infrastruktur elementləri yaradılıb, minlərlə vətəndaş artıq öz ata-baba yurdlarında daimi məskunlaşıb.

















