1xeber.media xəbər verir ki, Moskvadakı Xilaskar Məsih kilsəsində Müqəddəs Spiridon Trimifuntskinin müqəddəs yadigarlarını 35 mindən çox zəvvar ziyarət edib.
Moskva Yeparxiyasının məlumatına görə, sentyabrın 15-də 35 200 nəfər müqəddəs yadigara ehtiram göstərib.
Möminlərin ziyarəti sentyabrın 16-da saat 08:00-dan etibarən yenidən başlayacaq. Müqəddəs Spiridonun sağ əli sentyabrın 20-si saat 14:00-dək Moskvada saxlanılacaq.
















