Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən qurumun qlobal arenadakı çəkisinə xüsusi diqqət çəkib.
1xeber.media-nın məlumatına görəölkə başçısı vurğulayəb ki,bu gün TDT çox böyük beynəlxalq nüfuza malik olan və qlobal proseslərə təsir göstərmək potensialı sürətlə artan bir təşkilatdır. Təşkilat daxilində müzakirə edilən məsələlərin miqyası coğrafi sərhədləri aşaraq qlobal təhlükəsizlik, ticarət dövriyyəsinin artırılması, transmilli nəqliyyat dəhlizlərinin effektiv idarə olunması və humanitar əməkdaşlıq mexanizmlərini əhatə edir.
İlham Əliyev qeyd edib ki, bu nüfuz üzv ölkələrin nümayiş etdirdiyi güclü siyasi iradə və birgə fəaliyyət sayəsində durmadan artır və TDT artıq dünya siyasətində hesaba alınan real güc mərkəzlərindən birinə çevrilir.

















