1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna tərəfini Buça hadisələri ilə bağlı məlumatları saxtalaşdırmaqda ittiham edib.
Zaxarovanın iddiasına görə, Ukraynanın “Azov” batalyonunun həlak olmuş döyüşçüləri Buçada öldürülən mülki şəxslər kimi təqdim edilib.
Rusiya XİN nümayəndəsi Moskvanın bu iddianı təsdiqləyən “təkzibolunmaz faktlara” malik olduğunu bildirib. Onun sözlərinə görə, guya həlak olan mülki şəxslərin siyahısına Ukrayna hərbçiləri və “Azov” üzvləri daxil edilib.
Qeyd edək ki, Zaxarovanın açıqlaması Rusiya tərəfinin iddiasıdır.

















