1xeber.media xəbər verir ki, Braziliya ilə Rusiya arasında siyasi yaxınlıq və beynəlxalq məsələlərdə mövqelərin üst-üstə düşməsi iki ölkə arasındakı əməkdaşlığın əsas dayaqlarından biridir.
Bunu Braziliyanın Rusiyadakı səfiri Serjio Rodriqes dos Santos Moskvada Valday Beynəlxalq Diskussiya Klubunda keçirilən təqdimatda bildirib.
Diplomatın sözlərinə görə, Moskva və Braziliya bir sıra beynəlxalq məsələlər üzrə, o cümlədən BMT, “Böyük iyirmilik” (G20) və BRİKS çərçivəsində mövqelərini əlaqələndirirlər.
Səfir qeyd edib ki, iki ölkə arasında təxminən dördillik dövrü əhatə edən siyasi məsləhətləşmələr planı mövcuddur. Bu çərçivədə beynəlxalq gündəmlə yanaşı, NATO ölkələri ilə münasibətlər və xarici siyasətin planlaşdırılması da müzakirə olunur.
Onun sözlərinə görə, Moskva ilə Braziliya arasında dialoq dinamik şəkildə inkişaf edir və bir çox məsələlərdə razılığın əldə olunması tərəflər arasında koordinasiyanı asanlaşdırır.

















