1xeber.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İrandakı vəziyyətin gərginləşməsi fonunda ölkədə avtomobil yanacağının qiymətinin kəskin artdığını bildirib.
Makron sentyabrın 17-də sosial şəbəkədə yazıb ki, yaranmış blokadalar insanların gündəlik həyatına birbaşa təsir göstərir. Onun sözlərinə görə, fransızlar bunu yanacaqdoldurma məntəqələrində daha çox hiss edirlər və qiymətlər artıq “dözülməz” həddə çatıb.
Fransa Prezidenti bu açıqlamanı Livan Prezidenti Cozef Aun və İordaniya Kralı II Abdullahla görüşdən sonra verib.
Görüş zamanı tərəflər Qırmızı dəniz, Hörmüz və Bab-ül-Məndəb boğazlarında kommersiya gəmiçiliyinin sərbəstliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

















