1xeber.media xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada kosmetika brendi MIXIT-in baş direktoru Oleq Pay saxlanılıb.
Məlumata görə, Pay mütəşəkkil dəstə tərkibində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluqda şübhəli bilinir. Söhbət Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsindən gedir.
Sentyabrın 19-da məhkəmədə onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması planlaşdırılır.
Qeyd olunur ki, 2024-cü ilin sentyabrında hüquq-mühafizə orqanları MIXIT-in ofisində, həmçinin şirkətin rəhbərlərinin, o cümlədən Oleq Pay və brendin həmtəsisçisi Yelena Nazarovanın yaşadığı ünvanlarda axtarış aparmışdı. Həmin vaxt araşdırmanın detalları açıqlanmamışdı.
Payın hansı konkret epizod üzrə şübhəli bilindiyi və şirkətə qarşı irəli sürülən ittihamların digər təfərrüatları barədə əlavə məlumat verilməyib.

















