1xeber.media xəbər verir ki, Azərbaycanın təmsilçisi Aleksandr Plyuşenko fiqurlu konkisürmə üzrə ISU-nun Ankarada keçirilən yeniyetmələr arasında Qran-pri mərhələsində 13-cü yeri tutub.
Plyuşenko çıxışını ümumilikdə 171,65 xalla başa vurub. Yarışın qalibi 216,66 xal toplayan yaponiyalı Daiya Ebihara olub.
İkiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu üçün bu turnir ISU-nun himayəsi altında ilk yarış olub. O, qısa proqramdan sonra 57,12 xalla sonuncu pillədə qərarlaşmışdı.
Aleksandr Plyuşenko 2026-cı ilin mayında Azərbaycan idman vətəndaşlığı əldə edib.
Qeyd edək ki, ISU 2026/2027 mövsümündən etibarən Rusiya və Belarus fiqurlu konkisürənlərinin yarışlarda iştirakına icazə verib. İdmançılar milli simvollardan istifadə etmədən çıxış edirlər.

















