1xeber.media xəbər verir ki, ABŞ ordusunun Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu bildirilən gəmiyə endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub.
Məlumatı ABŞ Cənub Komandanlığı yayıb. Bildirilib ki, kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini təsdiqləyib.
Komandanlığın “X” hesabında qeyd olunub ki, əldə edilən məlumatlar gəminin narkotiklərin daşınması marşrutu üzrə hərəkət etdiyini göstərib.
















