2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan
üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin
tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun
zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-
quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin
olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı
Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş
nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların
tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur
oldular.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət
etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində
Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi.
Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə
görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində
görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni
sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə
Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq
barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın
separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd
imzaladı.
Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət
suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın
15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran
qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı.
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində –
Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda,
Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il
Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd
olunur.
Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər
il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd
ediləcək.
Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il
16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına
başlanılıb. Artıq Xankəndi, Ağdərə, Ağdam, Kəlbəcər və Xocalı şəhərləri və bir sıra kəndlər də
daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin
olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, biz işğaldan
azad edilən ərazilərimizi cənnətə çevirəcəyik. Bəli, verilən bu vəddə yerinə yetirilməkdədir.
Artıq tam qətiyyətlə qeyd etmək olar ki, işğaldan azad edilən ərazilərimiz Prezidentimizin də
qeyd etdiyi kimi cənnətə çevrilir. Hər yerdə genişmiqyaslı quruculuq, abadlıq, təmir, tikinti işləri
həyata keçirilir. Bunun fonunda insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Xankəndi,
Xocalı, Xocəvənd və Ağdərə şəhərləri yenidən qurulan və inkişaf edən şəhər, kənd və
qəsəbələrimiz arasında ön sıralarda yer tutur. Qısa müddət ərzində bu yerlərin siması
tamamilə dəyişib, gözəlləşib. Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda
qeyd olunub. azad edilən ərazilərdə ümumilikdə 7,7 min yaşayış və 687 qeyri-yaşayış fonduna
aid tikililər aşkar edilərək inventarlaşdırılıb. Qeyd edilib ki, Xankəndi şəhəri üzrə daşınmaz
əmlakların inventarlaşdırılması başa çatdırılıb.
Bu ərazilərdə, xüsusən də Xankəndi şəhərində yeni yaşayış binalarının, park və
xiyabanlarının, istirahət mərkəzlərinin tikilməsi ilə yanaşı yeni iş yerləri də yaradılır. Artıq
müxtəlif təyinatlı restoranlar, otellər, iaşə ocaqları yaradılır və burada şəhərə köçən insanlar
çalışırlar. 2024-cü il noyabrın 13-də Xankəndi şəhərində Azərbaycan-Özbəkistan birgə
müəssisəsi olan toxuculuq fabrikinin açılışı olub.
Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad edilən bölgələrdə olur, burada
aparılan günuşmiqyaslı quruculuq işləri ilə tanış olur. Bu ilin sentyabrındakı səfər öz
məhsuldarlığı ilə yadda qalıb. Dövlət başçısı Xocavənd rayonunun Sos kəndində oldu. Artıq bu
kəndə indiyədək 10 ailə qayıdıb. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Xocalı
rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara kəndlərində olan cənab İlham Əliyev
Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü.
Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin
Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında
iştirak etdi. Ölkə Prezidentinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı
Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, həmçinin Xocalı rayonunun Badara kəndində
Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü tarixi Zəfərimizə,
suverenliyimizin tam bərpasına gedən yolun, azad edilmiş torpaqlarda görülən işlərin
təqdimatı oldu.
Dövlət başçısı İlham Əliyev hər bir müsahibəsində, çıxışında, beynəlxalq əhəmiyətli
tədbirlərdə daim diqqəti Böyük Qayıdış Proqramına əsasən görülən işlərə və soydaşlarımızın
mərhələ-mərhələ bu torpaqlara qayıdışına yönəldir. Birinci mərhələdə 8 şəhərin və 100 kəndin
yenidən qurulması əsas hədəf kimi qarşıya qoyulub. Artıq bu məqsədin reallığa çevrildiyi göz
qabağındadır. Belə ki, sakinlərinə qovuşan Laçın, Füzuli, Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər
şəhərləri ilə yanaşı xeyli sayda kəndlərimiz və qəsəbələrimiz də bərpa edilib. Dövlət başçısı
İlham Əliyevin bu günlərdə Füzuli, Xocavənd, Xocalı rayonlarına və Xankəndi şəhərinə səfəri
çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut
qəsəbələrinin və Sos kəndinin, həmçinin Xocalı rayonunun Badara kəndində Badara,
Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü də bunun təsdiqidir.
Təbii ki, yeni iş yerlərinin yaradılması insanların məşğulluğunun təmin olunmasına
xidmət edir. İş yerlərinin açılması isə işğaldan azad edilən ərazilərə, o cümlədən Xankəndi,
Xocalı, Ağdərə şəhərlərinə köçən əhalinin sosial rifah halının yaxşılaşması deməkdir. Bu
proses bundan sonra daha da genişlənəcəyi şübhəsizdir. Çünki işğaldan azad edilən
ərazilərdə məskunlaşan əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması və daha firavan
həyat şəraiti ilə təmin olunmasına dair dövlət proqramı mövcuddur.
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri
















