Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında yeni dəyişikliklər olub.
Mediada yayılan məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya şöbəsində baş mütəxəssis olan Sosial Tədqiqatlar Mərkəzinin sabiq əməkdaşı Tural ismayılov həmin şöbədə sektor müdiri təyin ediilib.
1xeber.media Mia.az-a istinadla xəbər verir ki, o, bu ilin may ayında Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri vəzifəsindən ayrılaraq AHİK-dəki həmin sektora müdir təyin olunmuş Qalib Qasımovu əvəzləyib.
Qalib Qasımov isə şöbə müdirinin müavini vəzifəsinə təyinat alıb.
Onu da qeyd edək ki, adıçəkilən şöbənin müdiri KTN-nin keçmiş mətbuat katibi Vüqar Hüseynovdur. O da bu ilin may ayında AHİK-də vəzifə alıb.















