1xeber.media xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi bu gün başlayır.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. Kollegiyanın digər hakimləri Firdovsi Əliyev və Namiq Kərimovdur.
Cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı maddələri ilə ittiham olunur.
İş çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin dövlət hakimiyyətini zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn əməllərlə bağlı 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Əli Kərimli və Məmməd İbrahimlinin işi ayrıca icraata götürülüb.
















