1xeber.media xəbər verir ki, Rusiya Ukraynada hərbi əməliyyatları davam etdirir, lakin üçtərəfli danışıqların bərpasına hazır olduğunu bildirir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, Rusiya hərbçiləri qarşıya qoyulan məqsədlərə çatmaq üçün fəaliyyətlərini davam etdirirlər.
Peskov eyni zamanda Moskvanın üçtərəfli danışıqların yenidən başlamasına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlamışdı.
















