1xeber.media xəbər verir ki, Argentina Prezidenti Xavyer Miley Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında çıxışı zamanı təşkilatı sərt şəkildə tənqid edib.
Miley BMT-nin münaqişələrin sülh yolu ilə həlli, azadlıq və insan ləyaqətinin qorunması ilə bağlı missiyasını “nəcib sözlər” adlandırıb. Lakin onun fikrincə, təşkilatın fəaliyyəti bu prinsiplərlə uzlaşmır.
Argentina lideri BMT-ni “faydasız təşkilata” çevrilməkdə və özünü xoş niyyətli bürokratlar kimi təqdim edən şəxsləri dəstəkləməkdə ittiham edib.
Miley bildirib ki, kollektiv təhlükəsizliyi və insan hüquqlarını təmin etməli olan qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilməyib. Onun sözlərinə görə, bunun nəticəsində xaos, zorakılıq və beynəlxalq terrorizmin yayılması üçün şərait yaranıb.

















