1xeber.media xəbər verir ki, Gürcüstan-Rusiya sərhədində yerləşən “Dariali” keçid məntəqəsi yenidən adi rejimdə fəaliyyət göstərməyə başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkələri birləşdirən Hərbi Gürcüstan yolunda avtomobillərin hərəkətinə tətbiq edilən müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Məhdudiyyətlər Devdorak dərəsi ərazisində yaranan vəziyyətlə əlaqədar tətbiq edilmişdi. Mütəxəssislərin ərazidəki vəziyyəti qiymətləndirməsindən sonra nəqliyyatın hərəkətinin bərpasına icazə verilib.
Nazirlik bildirib ki, qərar Milli Ətraf Mühit Agentliyinin tövsiyəsi və ərazidəki mövcud vəziyyət nəzərə alınaraq qəbul edilib. Hazırda “Dariali” sərhəd-keçid məntəqəsi normal rejimdə fəaliyyət göstərir.
















