Azərbaycanın sədrliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçirilib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Toplantı ABŞ-nin Nyu-York şəhərində - BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.
İclasda oktyabrın 29-30-da Türkiyədə keçiriləcək TDT-nin 13-cü Zirvə görüşünə hazırlıq məsələləri, həmçinin Türk dünyası ilə bağlı qlobal və regional proseslər müzakirə olunub.
















