1xeber.media xəbər verir ki, Tailandın paytaxtı Banqkokda güclü yağışlar nəticəsində genişmiqyaslı daşqınlar baş verib.
Şəhər rəhbərliyi Banqoku fəlakətdən zərər çəkmiş ərazi elan edib. Reuters-in məlumatına görə, 48 saat ərzində bəzi ərazilərə təxminən 300 millimetr yağış düşüb. Bir sıra yollar su altında qalıb, nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.
















