1xeber.media xəbər verir ki, “LUKOIL” şirkətinin təsisçisi Vahid Ələkbərov 2026-cı ilin nəticələrinə əsasən Rusiyalı milyarderlərin dividend gəlirləri üzrə “Forbes” siyahısında birinci olub.
Ələkbərovun il ərzində dividend gəliri 106,2 milyard rubl təşkil edib. Siyahıda ikinci yerdə “NOVATEK” şirkətinin rəhbəri Leonid Mixelson və ailəsi 87,1 milyard rubl gəlirlə qərarlaşıb. Üçüncü sırada isə Gennadi Timçenko yer alıb – onun dividend gəliri 71,5 milyard rubl olub.
“LUKOIL”ın keçmiş rəhbəri Vahid Ələkbərovun sərvəti “Forbes”in 2026-cı il hesablamasına görə 29,5 milyard dollar qiymətləndirilir. O, dünya milyarderləri siyahısında da yer alır.
Ələkbərov Bakıda doğulub və Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.
















