1xeber.media xəbər verir ki, Tayland hökuməti güclü yağışlar və daşqınlar səbəbindən Banqkok və ətrafındakı üç əyalətdə dövlət qulluqçuları üçün sentyabrın 28-29-nu xüsusi istirahət günləri elan edib.
Banqkok administrasiyası şəhəri daşqından zərər çəkmiş ərazi elan edib. Son 48 saat ərzində paytaxtda təxminən 300 millimetr yağıntı düşüb.
Daşqınlar bir sıra əsas yollarda hərəkəti çətinləşdirib, bəzi avtomobillər su altında qalıb. Yağıntının azalmasından sonra suyun səviyyəsi aşağı düşsə də, bəzi sakinlər evlərində mühasirədə qalıb.
Hökumət qərarın əsas məqsədinin şəhərdə nəqliyyat yükünü azaltmaq olduğunu bildirib.





















