1xeber.media xəbər verir ki, Böyük Britaniyada ABŞ hərbçilərinin istifadə etdiyi RAF Fairford aviabazasının yaxınlığında beş nəfər saxlanılıb.
Britaniya polisi şübhəliləri partlayıcı maddələrlə bağlı cinayətlər və terror aktının hazırlanması şübhəsi ilə saxlayıb. Polisə aviabazaya doğru hərəkət edən üç şübhəli avtomobil barədə məlumat daxil olub.
Əməliyyat zamanı bazanın yaxınlığında 400 metrlik təhlükəsizlik zolağı yaradılıb, yaxınlıqdakı 85 evin sakinləri təxliyə edilib. Əraziyə bomba zərərsizləşdirmə qrupu cəlb olunub.
Britaniya polisi araşdırmanın ilkin mərhələdə olduğunu və beş şəxsin hələ də saxlanıldığını açıqlayıb. ABŞ qüvvələrinin istifadə etdiyi digər hərbi bazalarda da təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
















