1xeber.media xəbər verir ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyalardan Brüsseldən digər məsələlər üzrə güzəştlər əldə etmək üçün vasitə kimi istifadə etməyə başlayıb.
“Euractiv”in Aİ-dəki mənbələrə istinadən yaydığı məlumata görə, bəzi Avropa paytaxtları sanksiyalar məsələsini öz xarici siyasət maraqları ilə əlaqələndirirlər.
Nəşrin məlumatında Fransanın Azərbaycanda cəza çəkən iki vətəndaşının azad edilməsi məsələsini də bu kontekstdə Brüssellə müzakirə etdiyi bildirilir.
Bundan başqa, Aİ ölkələrindən birinin səfirinin Rusiyaya qarşı növbəti sanksiya paketlərinin miqyasının azaldılmasını təklif etdiyi qeyd olunur. Onun fikrincə, bu, mümkün danışıqlar üçün şərait yarada bilər.
“Euractiv” yazır ki, Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiya paketinin hazırlanması zamanı əsas diqqət yalnız yeni məhdudiyyətlərə deyil, onların ayrı-ayrı ölkələr üçün mümkün siyasi nəticələrinə də yönələ bilər.
















