1xeber.media xəbər verir ki, Avstraliyanın ən böyük qızıl istehsalçılarından biri olan Northern Star Resources Cənubi Afrikanın Gold Fields şirkətinin 27 milyard dollarlıq satınalma təklifini rədd edib.
Gold Fields şirkəti Northern Star-ın səhmləri üçün ümumi dəyəri 38,7 milyard Avstraliya dolları olan təklif irəli sürüb.
Northern Star-ın direktorlar şurası təklifin şirkətin aktivlərinin və gələcək inkişaf imkanlarının real dəyərini əks etdirmədiyini bildirib.
Xəbərdən sonra Northern Star-ın səhmləri Avstraliya birjasında təxminən 9 faiz bahalaşıb.


















