1xeber.media xəbər verir ki, Microsoft-un həmtəsisçisi Bill Qeyts süni intellekt sahəsində qlobal qaydaların hazırlanmasının gözlənildiyindən daha çətin proses olduğunu bildirib.
Qeytsin sözlərinə görə, süni intellektin idarə olunması üçün ölkələr arasında ortaq çərçivənin yaradılması Soyuq müharibə dövründə nüvə silahlarına dair məhdudiyyətlərin razılaşdırılmasından belə mürəkkəb ola bilər.
O, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyini və müxtəlif ölkələrin fərqli yanaşmalarının vahid beynəlxalq qaydaların hazırlanmasını çətinləşdirdiyini vurğulayıb.
Qeytsin açıqlaması BMT Baş Assambleyasının keçirildiyi və süni intellektin təhlükəsizliyi ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxta təsadüf edib.
















