Kamçatkada vulkan püskürdü – kül sütunu 11 km-ə çatdı
1xeber.media xəbər verir ki, Rusiyanın Kamçatka yarımadasında yerləşən Şiveluç vulkanı növbəti dəfə güclü kül püskürməsi ilə diqqət çəkib.
Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, vulkanın püskürməsi nəticəsində kül sütunu 11 kilometr hündürlüyə yüksəlib.
Mütəxəssislər son günlər püskürmələrin tezləşməsini vulkanın daxilində yeni lava günbəzinin böyüməsi ilə əlaqələndirirlər.
Sentyabrın 26-da da Şiveluçdan atılan kül yaxınlıqdakı yaşayış məntəqəsinə yayılmışdı. Həmin vaxt kül sütununun hündürlüyü təxminən 12 kilometrə çatmışdı.
Hündürlüyü 3283 metr olan Şiveluçun yaşının 60-70 min il olduğu bildirilir. Vulkan Kamçatkanın və dünyanın təhlükəli vulkanlarından biri hesab olunur.
















