Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) yeni təyinat baş tutub.
1xeber.media xəbər verir ki,Gülnur Heydərova AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bununla bağlı Agentlik sədri Sərdar Hacıyev əmr imzalayıb.
Qeyd edək ki, ötən ilin dekabrından AXA-da çalışan G.Heydərova yeni təyinata qədər Laboratoriyaların idarə olunması və keyfiyyətə nəzarət üzrə Baş mütəxəssis vəzifəsində işləyib.
2018-2025-ci illərdə isə, o, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fəaliyyət göstərib.
yurd.media















