İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə əlavə məzuniyyət hüququ verilir.
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, Əmək Məcəlləsinin 21-1-ci maddəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Qeyd edək ki, sözügedən mütəxəssislər üçün bu güzəşt əmək qanunvericiliyində ayrıca nəzərdə tutulub.
















