1xeber.media xəbər verir ki, Kreml Rusiya və ABŞ arasında silahlara nəzarət üzrə danışıqların mümkün qədər tez bərpa edilməsinin vacibliyini açıqlayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu məsələ artıq uzun müddətdir gündəmdədir və danışıqların yenidən başlaması üçün ekspertlər səviyyəsində geniş iş aparılmalıdır.
Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya, ABŞ və Çinin iştirakı ilə üçtərəfli nüvə danışıqları təklifinə də münasibət bildirib. Onun sözlərinə görə, Çin indiki mövqeyini dəyişməyib və bu formatda iştirak etməyə hazır deyil.
















