Azərbaycanda süd və qida məhsulları istehsal edən “Milla Dairy” MMC yenidən təşkil edilir.
1xeber.media Ölkə.az-a istinadən xəbər verir ki, yenidən təşkil “Beverage Services” MMC-nin şirkətə qoşulması ilə əlaqədardır.
Əvvəlki adı “Azerbaijan Food & Packaging Company” olan “Milla Dairy” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 283 milyon 450 min 255 manatdır.
“Beverage Services” MMC isə 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 13 milyon 157 min 293 manat təşkil edir.
















