1xeber.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyası daxilində yaranmış maliyyə qalmaqalı fonunda partiyanın mövqeyinin möhkəm olduğunu bildirib.
Ərdoğan oktyabrın 1-də İstanbulda keçirilən AKP tədbirində çıxışı zamanı partiyaya qarşı müxtəlif ittihamların irəli sürüldüyünü deyib.
Onun sözlərinə görə, bəzi şəxslər son günlərdə baş verən hadisələrdən istifadə edərək AKP-yə qarşı kampaniya aparmağa çalışırlar. Ərdoğan partiyanın bu məsələlərə münasibətini açıq şəkildə bildirdiyini qeyd edib.
Qalmaqal AKP sədr müavini Fatma Betül Sayan Kayanın sentyabrın 26-da partiya vəzifələrindən istefa verməsindən sonra gündəmə gəlib. İstefa onun səhm əməliyyatları ilə bağlı irəli sürülən iddiaların fonunda baş verib.

















